Qol.Az

Pepdən 500-cü qalibiyyət

[18.10.2020]
Pepdən 500-cü qalibiyyət

İngiltərə Premyer Liqasının 5-ci turunun “Mançester Siti” – “Arsenal” (1:0) qarşılaşması ev sahiblərinin baş məşqçi Pep Qvardiola üçün əlamətdar olub.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bütün turnirlər daxil olmaqla karyerası ərzində çalışdırıcı kimi 500-cü qələbəsini qazanıb.
 
Bundan əlavə ispaniyalı məşqçi “şəhərlilər”lə 172-ci qalibiyyətini əldə edib.

Qeyd edək ki, “Mançester Siti”ni 2016-cı ildən çalışdıran Qvardiola  “Barselona” (2008-2013) və “Bavariya” (2013-2016) kimi komandalarda da işləyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.