Qol.Az

18 oktyabrdan müvəqqəti humanitar atəşkəs elan olundu

[17.10.2020]
18 oktyabrdan müvəqqəti humanitar atəşkəs elan olundu

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Qol.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsi yayıb.

Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.