Qol.Az

UEFA Gənclər Liqasının formatını dəyişdi

[24.09.2020]
UEFA Gənclər Liqasının formatını dəyişdi

UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2020/21 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib bir oyunla müəyyənləşəcək.

Pandemiya səbəbindən yarışın keçirilməsində yaranan çətinliklər bu qərarın verilməsinə səbəb olub. 1/16 final mərhələsinin oyunları 2021-ci ilin martında olacaq.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə “Qəbələ”nin U-19 komandası təmsil edəcək.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.