Qol.Az

“Zlatan yaşı olmayan futbolçudur”

[24.09.2020]
“Zlatan yaşı olmayan futbolçudur”

“Milan”ın texniki direktoru Paulo Maldini komandanın futbolçusu Zlatan İbrahimoviç və klubun hədəfləri haqda danışıb.
 
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 39 yaşlı hücumçunun İtaliya təmsilçisi üçün əhəmiyyətli futbolçu olduğunu vurğulayıb:

“İbrahimoviç matçın nəticəsinə qərar verə bilən və yaşı olmayan hərtərəfli oyunçudur.

Bu mövsüm klub olaraq əsas məqsədimiz rəqabətçi olmaqdır. Əminəm ki, uğur qazanacağıq".

Qeyd edək ki, Z.İbrahimoviç “Milan”la 1 illik yeni müqavilə imzalayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.