Qol.Az

"Qalatasaray" cərimələndi

[16.09.2020]
"Qalatasaray" cərimələndi

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"a 24 min TL (təqribən 5450 manat) məbləğində cərimələyib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna İstanbul klubunun hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub.

Bu hal iki dəfə baş verdiyindən TFF klubu cərimələyib. 

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək "Qalatasaray" bu gün Bakıya gələcək.. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.