Qol.Az

Rüfət növbəti dəfə ABŞ-da rəmzi 11-liyə düşdü

[16.09.2020]
Rüfət növbəti dəfə ABŞ-da rəmzi 11-liyə düşdü

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti dəfə həftənin rəmzi komandasına düşüb.

Qol.az xəbər verir ki, 12-ci turda  "Las-Veqas Layts"ı məğlub etdikləri (5:1) oyunda iki qol və bir məhsuldar ötürmə edən 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb.

Dadaşov 6-cı turda da rəmzi komandaya düşmüşdü.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 10 qol vurub.  


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.