Qol.Az

"Keşlə"dən 8-ci transfer

[14.08.2020]
"Keşlə"dən 8-ci transfer

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümündə 11 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, "Keşlə" yay fasiləsində Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev,  Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitro Klots və Silvio Rodriges Perreyranı da transfer edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.