Qol.Az

"Bəhanələr yoxdur" - Simeone

[14.08.2020]
"Bəhanələr yoxdur" - <b style="color:red">Simeone</b>

"İstədiyimiz kimi oynaya bilmədik. Əlimizdən gələni etdik, ancaq uğursuz olduq. Oynamaq bizim üçün çətin idi, çünki rəqib daha sürətli idi. Çempionlar Liqasında uzun müddət idi oyunlar təxirə salınmışdı. Buna görə turnirə təzyiq altında qayıtdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Leyptsiq"ə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O, Almaniya təmsilçisinin oyunununu bəyəndiyini bildirib: "Onlar qətiyyətli və həvəsli idilər. Bu, bizə çox baha başa gəldi. Bəhanələr yoxdur. Əlimizdən gələn ən yaxşısını etdik və 1/4 finala qədər yüksəldik. İndi turnirdən haqlı olaraq ayrılırıq. Rəqiblərimizi təbrik etməliyik. Başımızı qaldırıb, növbəti mövsümə hazırlaşmalıyıq".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.