Qol.Az

Rza Çalımbayla müqavilə uzadılır

[13.08.2020]
Rza Çalımbayla müqavilə uzadılır

Türkiyə Superliqasında çıxış edən “Sivasspor” baş məşqçisi Rza Çalımbayla yeni müqavilə üçün razılığa gəlib.

Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, sabah “Yeni 4 eylül” stadionunda təşkil olunacaq tədbirdə 57 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, R.Çalımbay 2010-2011, 2011-2012 və 2019-2020 mövsümündə “Sivasspor”u çalışdırıb. Komanda son mövsüm onun baş məşqçiliyi altında çempionatı 60 xalla 4-cü pillədə tamamlayıb.


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.