Qol.Az

Premyer Liqada qış fasiləsi olmayacaq

[13.08.2020]
Premyer Liqada qış fasiləsi olmayacaq İngiltərə Premyer Liqasının 2020/2021-ci illər mövsümü üçün təqvimi müəyyənləşib.

Qol.az BBC-yə istinadən xəbər verir ki, yeni mövsüm 12 sentyabrda start götürəcək və 23 mayda başa çatacaq. 380 matçdan ibarət mövsümün oyun cədvəli 21 avqustadək açıqlanacaq.

Bundan əlavə bildirilir ki, koronavirus pandemiyası səbəbindən artan sıxlığa görə növbəti mövsüm üçün qış fasiləsi ləğv edilib. Bu vaxtadək komandalar fevral ayının əvvəllərində 2 həftəlik istirahətə yollanırdılar.

Həmçinin yeni mövsüm əvvəlkindən 5 həftə daha tez başa çatacaq. Bu, ötən mövsümün gec başa çatmnası ilə əlaqədardır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.