Qol.Az

Çempionlar Liqasında texniki məğlubiyyət

[13.08.2020]
Çempionlar Liqasında texniki məğlubiyyət

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsindən təxirə salınan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Drita”nın iki futbolçusunda koronavirus aşkarlandığı üçün baş tutmayan görüş keçirilməyəcək.

1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə “Linfild” növbəti mərhələyə vəsiqə qazanıb.
 
Qeyd edək ki, “Linfild” ÇL-in 1-ci təsnifat mərhələsində “Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.