Qol.Az

Tapança daşıdığına görə hava limanında saxlanıldı

[23.05.2020]
Tapança daşıdığına görə hava limanında saxlanıldı

“Arsenal”ın futbolçusu Sead Kolaşinatsın həyat yoldaşı Bella London hava limanında saxlanılıb.

Qol.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, buna onun özüylə elektroşok-tapança aparması səbəb olub. O, yükdaşıyan şirkətə baqajda silah aparmasının mümkünlüyünə dair sorğu göndərib. Lakin cavabı artıq İngiltərədə olanda alıb. Məlum olub ki, belə bir razılığın Britaniyada hüququ qüvvəsi yoxdur.

Bellanın yarım il müddətinə həbs təhlükəsi yaransa da, vəkillərin yardımı ilə o, məsuliyyətdən yaxa qurtara və hava limanını tərk edə bilib.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.