Qol.Az

“Hendrik Ekşteyn kimi bir insanla işləyə bilmərsiniz” – Futbol agenti

[23.05.2020]
“Hendrik Ekşteyn kimi bir insanla işləyə bilmərsiniz” – <b style="color:red">Futbol agenti</b>

Futbol agenti Palesa Mkhize "Səbail"in legioneri Hendrik Ekşteynlə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu haqda o, "Soccerladuma" nəşrinə açıqlamasında deyib. 29 yaşlı cənubi afrikalı yarımmüdafiəçidən incikliyini gizlətməyən Mkhize deyib ki, Ekşteyni Avropaya məhz o gətirib: “Amma Hendrik başqa bir agentə görə məni tərk etdi. Bu, onun insanlığını göstərir. Belə bir insanla işləyə bilmərsiniz. O, ikinci dəfə mənə eyni şeyi etdi. Bir daha onunla maraqlanmayacağımı açıq şəkildə bildirdim. Onunla işim qurtardı. Harada olursa olsun, Ekşteynə hər şeyin ən yaxşısını arzulayıram, kin saxlamıram".

Futbol agenti "Kayzer Çifs" klubuna keçənə qədər afrikalı oyunçu ilə işlədiyini söyləyib: "Klubla müqavilə imzalayandan sonra məni başqa bir agentə dəyişdi. Yenidən mənimlə işləyəndən sonra yaxşı çıxış etməyə başladı. Danışıqların buna təsir etdiyini bilmirəm. Həmişə futbolçularla danışıram və oyunlarını inkişaf etdirmələrini deyirəm. "Kayzer Çifs"də son altı ayda yaxşı oyun sərgilədi. Ölkə xaricində yeni anlaşma əldə etdikdən sonra pis hadisələrin olacağını hiss etdim. Sadəcə, tarixin təkrarlandığını bilirdim".

Qeyd edək ki, Hendrik Ekşteyn ötən yay Cənubi Afrikanın "Kayzer Çifs" klubundan "Sabah"a keçsə də, qış fasiləsində bu klubla yollarını ayıraraq "Səbail"ə transfer olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.