Qol.Az

Məhkəmədən Liqa 1-in erkən dayandırılması ilə bağlı qərar

[23.05.2020]
Məhkəmədən Liqa 1-in erkən dayandırılması ilə bağlı qərar

Koronavirus pandemiyasına görə bir müddət əvvəl erkən dayandırılmasına qərar verilən futbol üzrə Fransa çempionatları ilə bağlı etirazlar rədd olunub.

Qol.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Olimpik” (Lion), “Amyen” və “Tuluza” klubları LFP-nin bu qərarı ilə bağlı məhkəməyə müraciət edib. Lakin Paris məhkəməsi ötən gün bu etirazı rədd etdiyini açıqlayıb.

Qeyd edək ki, Liqa 1-də 2019/20 mövsümü ölkədəki sərt karantin rejimi ilə əlaqədar erkən dayandırılıb və lider PSJ çempion elan olunub. Son iki pillədə qərarlaşan “Amyen” və “Tuluza” isə Liqa 2-yə düşürülüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.