Qol.Az

Villian "Barselona"ya təklif olundu

[09.04.2020]
Villian "Barselona"ya təklif olundu

Kia Djurabçian agenti olduğu "Çelsi"nin futbolçusu Villianı "Barselona"ya təklif edib.

Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Ancaq Kataloniya klubu 31 yaşlı yarımmüdafiəçini transfer etmək variantini müsbət cavablandırmayıb. Bildirilib ki, bu mövsümün sonu London təmsilçisi ilə müqaviləsi başa çatacaq braziliyalı oyunçu azad agenti kimi "Barselona"ya keçə bilərdi. Ancaq klub təzminatsız belə onu heyətinə qatmaq istəməyib. Qeyd olunub ki, La Liqa təmsilçisi daha gənc futbolçuları transfer etməyi planlaşdırır. Bundan başqa, Villianın yüksək maaş tələbi də imtina səbəblərindən biri olub.

Xatırladaq ki, Villian 2013-cü ildən "Çelsi"də oynayır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.