Qol.Az

Çempionatın ləğvi səsverməyə çıxarılacaq

[09.04.2020]
Çempionatın ləğvi səsverməyə çıxarılacaq

Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyi səsvermə yolu ilə müəyyənləşəcək.

Qol.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Ölkənin 2, 3 və 4-cü iqalarının ləğv olunub-olunmamasının səsverməyə çıxarılacağı bildirilir. Səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edəcək.

Həmin klublar mövsümün ləğvinə qərar versələr, çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunacaq.

Yüksək liqa ilə bağlı ayrı bir toplantı keçiriləcəyi də bildirilib. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belə olan halda “Seltik” çempion elan olunacaq. Hazırda bu komanda 80 xalla zirvədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.