Qol.Az

Merih Demiraldan 2 min ailəyə yardım

[26.03.2020]
Merih Demiraldan 2 min ailəyə yardım

"Yuventus"un türk futbolçusu Merih Demiral koronavirusa qarşı mübarizə kampaniyasına qoşulub.

Qol.az xəbər verir ki, o, bu barədə şəxsi Tvitter hesabında məlumat yayıb. 22 yaşlı müdafiəçi  paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün  ərzaq yardımı edəcəyini yazıb.

M.Demiral həmin ailələrin "Kızılay" cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.