Qol.Az

"Başakşəhər" "Beşiktaş"a qalib gəldi

[14.02.2020]
"Başakşəhər" "Beşiktaş"a qalib gəldi

Türkiyə Superliqasında 22-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Beşiktaş" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Başakşəhər" - "Beşiktaş" - 1:0
Qol:
Demba Ba, 50

Bu qələbə ilə "Başakşəhər" xalını 43-ə çatdıraraq 1-ci pilləyə yüksəlib. "Sivasspor" 42 xalla (21 oyun) 2-ci, "Trabzonspor" 41 xalla (20 oyun) 3-cüdür. "Beşiktaş" isə 36 xalla 7-ci pilədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.