Qol.Az

"Mançester Siti"yə şok cəza - avrokuboklardan uzaqlaşdırıldı

[14.02.2020]
"Mançester Siti"yə şok cəza - <b style="color:red">avrokuboklardan uzaqlaşdırıldı</b>

UEFA "Mançester Siti"yə ağır cəza tətbiq edib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklarından kənarlaşdırılıb.  Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/2022 mövsümlərini əhatə etdiyi bildirilib. Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.

"Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.

Bizi Feysbukda da izləyin!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.