Qol.Az

13-cü duel

[14.02.2020]
13-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq. “Qırmızı-qaralar” tarixdə 13-cü dəfə Bakı təmsilçisi ilə görüşəcək. İndiyədək iki rəqib arasında 12 matç keçirilib. Bu qarşılaşmalarda üstünlük "qırmızı qaralar"ın tərəfindədir. 7 dəfə paytaxt təmsilçisinə qalib gələn “Qəbələ” 3 heç-heçə edib və 2 matçda uduzub. Rəqib qapısından 23 top keçirən futbolçular 11 qol buraxıblar. "Qəbələ"ninn yaxşı bombardiri “Səbail”in qapısına 6 qol vuran Baqali Dabodur. Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Əvvəlki oyunlardan ikisi Azərbaycan kuboku, onu Premyer Liqa çərçivəsində keçirilib. Çempionatdakı görüşlərdən beşində qələbə qazanan “Qəbələ” üç heç-heçə edib və iki dəfə uduzub. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədir – 18:9.  Səfərdəki 6 matçda 2 qələbə və 2 heç-heçəsi olan əyalət təmsilçisi 2 dəfə məğlub olub. Rəqib meydanında 10 qola sevinən "Qəbələ" 8 top buraxıblar.

Xatırladaq ki, fevralın 16-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.