Qol.Az

Rəcəbov Karuanaya rəqib oldu

[14.02.2020]
Rəcəbov Karuanaya rəqib oldu

Dünya şahmat tacı uğrunda çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançının müəyyənləşdirilməsi üçün keçiriləcək iddiaçılar turnirinin püşkü atılıb.

Qol.az xəbər verir ki,  Moskvada keçirilən püşkün nəticələrinə əsasən, turnirin birinci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibi  Fabiano Karuana (ABŞ) olacaq.

İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburq şəhərində keçiriləcək.

Qeyd edək ki, T.Rəcəbov FİDE-nin son reytinqində 10-cu (2765), F.Karuana (2842) isə 2-ci pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.