Qol.Az

"İngiltərəyə getməkdənsə, Avstraliyada işləyərəm" - Valverde

[14.02.2020]
"İngiltərəyə getməkdənsə, Avstraliyada işləyərəm" - <b style="color:red">Valverde</b>

"Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, yeni iş yerinin İngiltərə Premyer Liqa klublarından birinin olmasını istəmir.

"İnsanlar mənə bəzən Premyer Liqaya gedib-getməyəcəyi soruşurlar. Mən əslində Avstraliyada işləmək istəyərəm. Məşqçi karyerası sonsuza kimi davam etmir. Bəzən fərqli yerdə yaşamaq fürsətini dəyərləndirmək lazımdır" - deyə ispan mütəxəssis bildirib.

Qeyd edək ki, "Barselona" ötən ay Valverdeni istefaya göndərib


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.