Qol.Az

"Qəbələ" ilə xal fərqini artırmalıyıq" - Rahid Əmirquliyev

[14.02.2020]
"Qəbələ" ilə xal fərqini artırmalıyıq" - <b style="color:red"> Rahid Əmirquliyev</b> "Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 17-ci turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda danışıb.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında sonuncu pillədə olan rəqiblə xal fərqini artırmalı olduqlarını bildirib:

"Komandada hamı "Keşlə"yə qarşı oyunda qazandığımz üç xal ilə razıdır. Növbəti oyunlarda da, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fkirlərimiz növbəti turda "Qəbələ" ilə matça yönəlib. Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".

Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Səbail" - "Qəbələ" matçı saat 16:30-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.