Qol.Az

Poqba "Yuventus"a qayıdır?

[14.02.2020]
Poqba "Yuventus"a qayıdır? “Mançester Yunayted”in futbolçusu Pol Poqba yenidən “Yuventus”da çıxış edə bilər.

Qol.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” qəzeti məumat yayıb.

Turin klubunun fransalı yarımmüdafiəçinin yayda transferi üçün indidən işə başladığı bildirilir. “Real” və PSJ-nin də maraq dairəsində olan, İngiltərədə özünü xoşbəxt hiss etməyən  futbolçunun İtaliyada oynamaq istədiyi iddia edilir.

Britaniyanın “The Guardian” nəşri isə “mankunyanlar”ın Poqbanı 100 milyon avro qarşılığında satmağa hazır olduğunu yazıb.

Qeyd edək ki, Fransa millisinin üzvü 2012-2016-cı illərdə də “Yuventus”da çıxış edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.