Qol.Az

"Zirə" 2 fransalı futbolçu aldı - rəsmi

[12.07.2018]
"Zirə" 2 fransalı futbolçu aldı - <b style="color:red"> rəsmi</b> “Zirə” yay fasiləsində ilk əcnəbi transferlərini həyata keçirib.

Qol.az-ın klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi 2 oyunçu ilə anlaşıb.

Bunlar yarımmüdafiəçilər Bilal Hamdi və Dilan Duventrudu. Hər iki fransalı futbolçu yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. Hamdinin 27 yaşlı, Duventrunun isə 29 yaşı var.

Qeyd edək ki, adıçəkilən oyunçuların sonuncu klubu Kipr təmsilçisi “Alki” olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.