Qol.Az

De Xeadan "Real" açıqlaması

[14.06.2018]
De Xeadan "Real" açıqlaması

"Mançester Yunayted"in qapıçısı David de Xea "Real"a keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın "Cope"yə istinadən verdiyi məlumata görə, bununla bağlı o deyib: "Florentine Peresdə nömrəmin olduğunu düşünmürəm. "Real"ın qapıçısı olub-olmayacağımı bilmirəm. Onun dəqiq bilirəm ki, "Mançester Yunayted"də xoşbəxtəm. Bu komanda ilə titullar qazanmaq istəyirəm".

Qeyd edək ki, Madrid klubunun prezidenti F.Peresin de Xeanı almaq istədiyi iddia olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.