Qol.Az

Qvardiola istəyir, "Barselona" buraxmır

[17.05.2018]
Qvardiola istəyir, "Barselona" buraxmır

"Mançester Siti" "Barselona"nın futbolçusu Serxio Busketslə maraqlanır.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola ispan yarımmüdafiəçini komandasında görmək istəyir.

Ancaq "Barsa"nın 29 yaşlı oyunçunu dəyərindən aşağı qiymətə satmaq niyyətində olmadığı bildirilib. "Mançester Siti"nin yalnız təzminat qiyməti olan 200 milyon avronu ödəyəcəyi təqdirdə, Busketsi transfer edə biləcəyi vurğulanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.