Qol.Az

"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıdır

[17.05.2018]
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıdır "Qəbələ"dən ayrılan Dion Malon karyerasını yenidən "Den Haaq" klubunda davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu haqda Hollandiya mətbuatı xəbər yayıb. İddiaya görə, sabiq klubu 29 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Erediviziya təmsilçisi Malonla yanaşı, "Ayaks”dan Deyovaisyo Zefuik və “Tvente”dən Hidde Ter Avestlə də danışıqlara başlayıb.

Qeyd edək ki, Malon "Qəbələ"yə mövsümün əvvəlində məhz "Den Haaq"dan gəlmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.