Qol.Az

Valverdedən İnyesta ilə bağlı açıqlama

[17.04.2018]
Valverdedən İnyesta ilə bağlı açıqlama

"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu Andres İnyestanın Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Gəlin, tələsməyək. Mən bilmirəm, nə olacaq. Təkcə Andres özü gələcəyi ilə bağlı qərar qəbul edə bilər".

Qeyd edək ki, İnyestanın karyerasını Çində davam etdirmək istədiyi iddia olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.