Qol.Az

Futbol tarixində ilk – hakim fasilədə penalti təyin etdi

[17.04.2018]
Futbol tarixində ilk – <b style="color:red"> hakim fasilədə penalti təyin etdi</b> Almaniya Bundesliqasının 30-cu turunda bir qədər əvvəl başa çatan “Maynts” – “Frayburq” oyununda maraqlı hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, matçın fasiləsi zamanı baş hakim Quido Uinkmann videotəkrara (VAR) baxaraq qonaqların qapısına penalti təyin edib.

Komandalar stadiona qayıdıb və De Blassis penaltini dəqiq yerinə yetirib. Bununla da meydan sahibləri heç-heçə başa çatan ilk hissəni 1:0 öndə tamamlayıb.

Qeyd edək ki, görüş "Maynts"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.




<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.