Qol.Az

Futbolçumuz oynadı, komandası 5 qolla qalib gəldi

[17.04.2018]
Futbolçumuz oynadı, komandası 5 qolla qalib gəldi Çexiya çempionatının Gənclər Liqasının “məğlublar mərhələsi"ndə II turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçu Rövlan Muradovun çıxış etdiyi “Slaviya”nın U-21 komandası öz meydanında “Siqma” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Start heyətdə meydana çıxan Rövlan sonadək oynayıb.


Qeyd edək ki, 2 oyuna 6 xal toplayan "Slaviya" turnir cədvəlinə başçılıq edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.