Qol.Az

İkardi məşhur menecerə "yox" dedi – arvadına görə

[14.02.2018]
İkardi məşhur menecerə "yox" dedi –<b style="color:red"> arvadına görə</b> “İnter”in hücumçusu Mauro İkardi Mino Rayolonun təklifindən imtina edib.

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı məlumata görə, argentinalı forvard ona əməkdaşlıq təklif edən dünyaca məşhur menecerə “yox” cavabı verib.

Ulduz futbolçuya zəng vuran və onu yayda “Mançester Yunayted”ə apara biləcəyini söyləyən Rayola gözləmədiyi reaksiya ilə qarşılaşıb. İkardi menecerin təklifini qəbul etməyib.

Qeyd edək ki, İkardinin menecerliyini onun həyat yoldaşı Vanda Nara edir. Onun məhz bu səbəbdən Rayola ilə işbirliyində maraqlı olmadığı iddia olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.