Qol.Az

Topaz Premyer Liqada 400 min avroluq yarımmüdafiəçi

[14.02.2018]
Topaz Premyer Liqada 400 min avroluq yarımmüdafiəçi "Səbail" heyətinə daha bir legioner qatıb.

Qol.az-ın məlumatına görə, Belçikanın "Standard" klubunun yarımmüdafiəçisi Faruk Miya mövsümün sonuna kimi Topaz Premyer Liqanın debütantının formasını geyinəcək.

Bu barədə “voetbalbelgie.be” saytı xəbər yayıb. Bildirilir ki, tərəflər arasında uqandalı futbolçunun icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, bu mövsüm əsasən “Standart”ın ikinci komandasında meydana çıxan 20 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 400 min avrodur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.