Qol.Az

İtaliya millisini Qrosso çalışdıracaq?

[15.11.2017]
İtaliya millisini Qrosso çalışdıracaq?

Sabah İtaliya Futbol Federasiyasında təcili toplantı keçiriləcək.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, iclasda yığmanın baş məşqçisi Campyero Venturanın postundan qovulacaq.

Onu əvəzləyə biləcək məşqçi kimi “Bari”nin çalışdırıcısı Fabio Qrossonun adı çəkilir. Veteran müdafiəçi 2006-cı ildə futbolçu kimi dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla DÇ-2018-dən kənarda qalıb.

 

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.