Qol.Az

"Qarabağ"ın futbolçusunun Qrantla görüşünün səbəbi məlum oldu

[08.09.2017]
"Qarabağ"ın futbolçusunun Qrantla görüşünün səbəbi məlum oldu “Çelsi”nin sabiq baş məşqçisi Avram Qrantın Bakıda “Qarabağ”ın polşalı futbolçusu Kuba ilə görüşünün səbəbi məlum olub.

Qol.az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun yeni tranferi sabiq komandası “Legiya”nın əlil azarkeşləri üçün hazırlanan xeyriyyə layihəsində Qrantdan dəstək istəyib.

Uzun illər “Legiya”nın kapitanı olan 31 yaşlı müdafiəçi komandanın “Əlil fanatlar” qrupunun 15 üzvünü “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə Londonda keçiriləcək oyununa dəvət edib.

Bu işdə Kubaya köməklik edəcək Avram Qrant layihə məsələsini müzakirə etmək üçün onunla Bakıda görüşüb.

Kuba bu yaxınlarda “Əlil fanatlar” qrupu ilə görüş keçirib. O, bununla bağlı Feysbuk səhifəsində fikirlərini bölüşüb: “Hər birinizə təşəkkür edirəm. Məqsədim və arzum sizə dəstəyimi davam etdirməkdir. Londona getməyə hazırlaşırıq. Ümid edirəm ki, bu, bizim birgə sonuncu fəaliyyətimiz olmayacaq”.

Qeyd edək ki, Polşa millisinin sabiq üzvü Kuba 2004-2017-ci illərdə “Legiya”da çıxış edib. O, “Legiya” azarkeşlərinin sevimlisi olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.