Rusiyanın futbol üzrə II Liqasında keçirilən “Ararat” – “Ryazan” oyunu zamanı meydan sahiblərinin azarkeşləri stadionda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırıb.
Qol.az-ın məlumatına görə, AFFA baş vermiş hadisəyə etirazını bildirib.
Hadisəni qəti şəkildə pisləyən federasiya Rusiya Futbol İttifaqına müraciət edərək faktla bağlı tədbir görülməsini xahiş edib.