Qol.Az

Həkimi Ronaldonun yuxu rejimindən danışdı - "Gündə 5 dəfə yatır"

[08.09.2017]
Həkimi Ronaldonun yuxu rejimindən danışdı - <b style="color:red">"Gündə 5 dəfə yatır"</b>

Sağlam yuxu üzrə mütəxəssis Nik Litlxeyls "Real"ın hücumçusu Kriştiano Ronaldonun yuxu rejimi haqda danışıb.

Qol.az-ın "The İndependent"ə istinadən yaydığı xəbərə görə, Karlo Ançelottinin Madrid klubunu çalışdırdığı vaxtdan portuqaliyalı oyunçu ilə işləyən N.Litlxeyls ona xüsusi qaydalar hazırladığını bildirib.

Həkimin sözlərinə görə, Ronaldo normal gecə yuxusundan başqa, gündüzlər hər dəfə 1 saat yarım olmaqla 5 dəfə yatır: "Hər dəfə də onun yataq dəsti dəyişdirilir və o, təzə yastıq və döşəyin üzərində yatır. Gecə yuxusuna 1 saat yarım qalmış  Ronaldo televizora baxmır. Çünki mavi şüa beyni oyadır və insanın rahatlaşmasına mane olur".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.