Qol.Az

“Çempionlar Liqasını udmaq istəyirik” – Simeone

[08.09.2017]
“Çempionlar Liqasını udmaq istəyirik” – <b style="color:red">Simeone</b>

"Rəhbərlik mənə bildirdi ki,  transfer qadağasına görə heyətimizə yeni futbolçu cəlb edə bilməcəyik. O zaman mən klub rəhbərliyindən komandadakı heç bir oyunçunu satmamağı xahiş etdim. Onlar mənim istəyimi yerinə yetirdikləri üçün klubla yeni müqavilə imzaladım".

Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Madrid klubu imzaladığı yeni müqavilə barədə danışarkən deyib.

"Marca"ya müsahibə verən argentinalı mütəxəssis bildirib ki, ona Saul, Qrizmann və ya Kokeni satıb başqa futbolçuları almağı təklif etsəydilər, bununla razılaşmazdı: "Çünki mənə indiki heyət lazımdır".

Onun sözlərinə görə, həmişə komandasına inanıb: "Biz “Atletiko”nu inkişaf etdirmək istəyən futbolçuları bir araya yığmışıq. Komanda təcrübəlilərlə gənclərin vəhdətindən formalaşıb”.

Simeone həm La Liqa, həm də Çempionlar Liqasında uğur qazanmaq istədiklərini qeyd edib: “Çox işləmək lazımdır. Həm çempionatda, həm də digər turnirlərdə qalib olmaq istəyirik. İki dəfə Çempionlar Liqasının finalında uduzmuşuq. Xüsusilə, ikinci məğlubiyyət bizim üçün sağalmaz yara idi. Bunu unutdurmaq istəyirik”. 

Qeyd edək ki, "Atletiko" C qrupunda "Çelsi", "Roma" və "Qarabağ"la birgə mübarizə aparacaq.

Əlavə edək ki, D.Simeone Madrid klubu ilə müqavilənin müddətini 2020-ci ilin iyununa qədər uzadıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.