Qol.Az

AFFA Yaşar Vahabzadəni istefaya göndərdi

[06.09.2017]
AFFA Yaşar Vahabzadəni istefaya göndərdi 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.

Qol.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Onun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
 
Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Y.Vahabzadə 2015-ci ildən U-21 millimizi çalışdırırdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.