Qol.Az

Mpappenin təqdimatı oldu

[06.09.2017]
Mpappenin təqdimatı oldu

PSJ-nin yeni transferi Kilian Mbappenin təqdimat mərasimi keçirilib.

Qol.az-ın PSJ-nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, təqdimat mərasimində Mbappe ilə yanaşı klubun prezidenti Nasser Əl-Xəlafi də iştirak edib.

Mərasimdə jurnalistlərə açıqlama verən 18  yaşlı hücumçu bütün kubokları qazanmaq istədiyini deyib: “Neymarla birlikdə oynamaq mənim üçün xüsusi önəm daşıyır. Ancaq PSJ-yə gəlməyimin əsas səbəbi bu deyil. PSJ-nin möhtəşəm planları var. Yaxşı futbolçularla oynayacam və onların təcrübəsinə ehtiyacım var.  Bu gündən başlayaraq bütün kubokları qazanmaq istəyirəm”.

Qeyd edək ki, fransalı futbolçu mövsümün sonunadək paytaxt klubunda icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə PSJ onunla 2022-ci ilə qədər müqavilə imzalayacaq.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.