Qol.Az

Qurban Qurbanovun oğlu “Qarabağ”da

[06.09.2017]
Qurban Qurbanovun oğlu “Qarabağ”da

Avropa Gənclər Liqasında yarışacaq “Qarabağ”ın U-19 komandası UEFA-ya sifariş ərizəsini təqdim edib.

Qol.az-ın xəbərinə görə, siyahıda 40 futbolçu yer alıb. Həmin futbolçular sırasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının olması diqqət çəkir.

Qeyd edək ki, 15 yaşlı M.Qurbanlı “Neftçi” klubunun yetirməsidir və ötən mövsümü bu komandanın aşağı yaş qrupunda keçirib. Hücumçu olan M.Qurbanlı “Qarabağ”ən gənclər komandasında 33 nömrəli formanı geyinəcək.

Əlavə edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ" U-19 bu mövsüm UEFA Gənclər Liqasında yarışacaq. Əsas komanda kimi, gənclərin də rəqibi "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) olacaq. "Qarabağ" U-19 komandası ilk matçını sentyabrın 12-də Londonda "Çelsi"yə qarşı keçirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.