
"Qarabağ"ı oyunlara Rəşad yox, Aftandil çıxaracaq
[06.09.2017]
"Qarabağ"ın U-19 komandasını Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına baş məşqçi Rəşad Sadıqov çıxarmayacaq.
Qol.az-ın məlumatına görə, buna səbəb Rəşadın kapitanı olduğu əsas komandanın da eyni gündə oyunu olmasıdır.
U-19 komandasını meydana əvəzedici komandanın baş məşqçisi Aftandil Hacıyev çıxaracaq.
Qeyd edək ki, sentyabrın 12-də Londonda “Qarabağ” və “Çelsi”nin U-19 komandaları arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:05-də, əsas komandaların oyunu isə saat 22:45-də başlayacaq.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.