DÇ-2018-in Avropa zonası üzrə seçmə pley-off mərhələsinin püşkatmasının vaxtı məlum olub.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkatma bu il oktyabrın 17-də Sürix şəhərində keçiriləcək.
Qeyd edək ki, Avropa zonasında 9 qrupun qalibi DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 8 ən yaxşı qrup ikincisi isə dörd cütlüyə bölünəcək və pley-offda mübarizə aparacaq. Qaliblər Rusiyada keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edəcək.
Qeyd edək ki, artıq H qrupunun qalibi olan Belçika yarışa birbaşa vəsiqə qazanıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə