Qol.Az

Soldado rəsmən “Fənərbaxça”da

[11.08.2017]
Soldado rəsmən “Fənərbaxça”da “Fənərbaxça” “Vilyarreal”ın futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib.

Qol.az-ın İstanbul klubunun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.

“Fənərbaxça”nın ispaniyalı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.

Qeyd edək ki, R. Soldado ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.