Qol.Az

“Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!” – Arda Turan

[11.08.2017]
“Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!” –<b style="color:red"> Arda Turan</b>

“Barselona”nın türk futbolçusu Arda Turan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.

Qol.az-ın məlumatına görə, bu barədə şəxsi “İnstagram” və Tvitter hesabında paylaşım edən 30 yaşlı futbolçu Ramilin şəklin paylaşaraq onu təbrik edib:

“Çempion... Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”

“Halal olsun, Ramil Quliyev. Çox böyük uğurdur, çox!"

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.






<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.