Qol.Az

"Qarabağ" – “Kopenhagen”: biletlər satışa çıxır

[11.08.2017]
"Qarabağ" – “Kopenhagen”: <b style="color:red"> biletlər satışa çıxır</b>

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır.

Qol.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşləri sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.


1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN

6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN

9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN

11, 12 və 17, 18  nömrəli sektorlar - 5AZN

13 - 16 və 29, 38 nömrəli sektorlar 10 AZN

VİP - 50 AZN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.