Qol.Az

"Qəbələ" ilə oyundan əvvəl futbolçulara dedim ki..."

[05.07.2017]
"Qəbələ" ilə oyundan əvvəl futbolçulara dedim ki..."

“Toplanışda olduğumuz müddətdə ən isti gün idi. Bugünkü (dünən - red. )hava şəraitini nəzərə alsaq, topla və topsuz hərəkətlər kifayət qədər yaxşı səviyyədə oldu. Həm də nəzərə almalıyıq ki, oyundan bir gün əvvəl iki məşqimiz və ciddi yükləmələr olub. Bir sözlə, hərəkətlilik baxımından komandamız yaxşı idi".

Qol.az-ın məlumatına görə, bu sözləri Kiyev "Dinamo"sunun baş məşqçisi Aleksandr Xaçkeviç "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

O, daha sonra bildirib: "Demək olmaz ki, toplanışdakı nəticələr vacib deyil. Müsbət nəticə həmişə özünəinam yaradır. Ona görə də oyundan əvvəl futbolçulara dedim ki, toplanışda çox matçımız qalmayıb və hər birində oyunumuzu göstərməli, o cümlədən nəticə qazanmalıyıq" - deyə o bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.