Qol.Az

Avroliqada gözlənilməz nəticə

[05.07.2017]
Avroliqada gözlənilməz nəticə Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə  2 qarşılaşma keçirilib.

Maltada "Baltsan" "Videoton"u qəbul edib. Görüş 3:3 hesabı ilə başa çatıb. İlk oyunda 2:0 hesablı qələbə qazanan qonaqlar II mərhələyə yüksəlib.

Günün gözlənilməz nəticəsi Lüksenburqda qeydə alınıb. Bu ölkənin “Proqres” klubu “Reyncers”lə (Şotlandiya) qarşılaşıb. Səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini 2:0 hesablı qələbə ilə çıxan Lüksemburq klubu mərhələni adlayıb.

4 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları
 
“Baltsan” (Malta) - “Videoton” (Macarıstan) - 3:3
Qollar
: Kalyeviç, 3 (1:0),  Geresi, 15 (1:1), Sçepoviç, 23, (1:2), Effionq, 56 (2:2)  Cuhaz, 80 (2:3), Kalyeviç, 86 (3:3)
İlk oyun - 0:2
 
“Proqres” (Lüksemburq) - “Reyncers” (Şotlandiya) - 2:0
Qollar:
Françoys, 66, Till, 75
İlk oyun - 0:1


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.