Qol.Az

"Qəbələ"də yeni təyinat

[05.07.2017]
"Qəbələ"də yeni təyinat Qəbələ”də yeni təyinat gerçəkləşib. Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub.
 
O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək.
 
Futbolçu kimi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008) və “Neftçi”nin (2008-2011) şərəfini qoruyan Baxşıyev karyerasını “Qəbələ”də (2012-2013) başa vurub.
 
Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, “Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib.
 
2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan Baxşıyev yığmada 32 görüşdə iştirak edib.
 
Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri “Neftçi”nin U-19 komandası olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.