Qol.Az

"Hücum xəttinə minimum iki legioner gətirmək istəyirik" - Qurban Qurbanov

[04.07.2017]
"Hücum xəttinə minimum iki legioner gətirmək istəyirik" - <b style="color:red"> Qurban Qurbanov</b> "Komandamıza yeni transferlər gözlənilir. Sadəcə, yüz faizlik olmasa, dəqiq məlumat vermək istəmirik".

Qol.az-ın məlumatına görə, bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Gözlənilən yeni transferlər haqda məlumat verən baş məşqçi komandanın ön xəttini gücləndirmək üzərində işlədiklərini söyləyib: "Polşalı müdafiəçi Yakub Rjezniçakın keçidi tam alınıb. Bizə lazım olan hücumameylli yarımmüdafiəçi mövqeyinə futbolçu ilə müsbət danışıqlar gedir. O, daha çox cinahda çıxış etsə də, bir neçə mövqedə oynaya bilən futbolçudur. Bəzi lazım olan oyunlarda müdafiədə də oynaya bilir. Onun keçidinin bugünlərdə həll olunmaq ehtimalı çoxdur".

Maraqlıdır, Qurbanov ad çəkməsə də, bu, hansı çempionatdan gələn legionerdir? Baş məşqçini dinləyək: "Onu deyə bilərəm ki, Türkiyə Superliqasından gələn legionerdir. Çox effektli futbolçudur".

"Qarabağ"ın çalışdırıcısı danışıqlar apardıqları 2 hücumçudan da söz açıb: "İki futbolçu da var ki, onlarla hələ danışıqlar gedir. Hücum xəttinə minimum iki legioner gətirmək istəyirik".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.